Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda COVID-19-un ən çox yayıldığı bölgələr HANSILARDIR?



Newscenter.az.31.03.2021. Azərbaycanda COVID-19 infeksiyasına yoluxma halları üzrə statistika açıqlanıb.

Newscenter.az xəbər verir ki, paytaxt Bakı üzrə yoluxma faizi 53,7 təşkil edir.

Bakıdan sonrakı yoluxma sayında yüksək göstərici Abşeronda 12.9 %-lə qeydə alınıb.

Aranda 12,4%, Gəncə-Qazaxda 7,8%, Şəki-Zaqatalada 3,5%, Quba-Xaçmazda 2,9%, Lənkəranda 2.7 %, Dağlıq Şirvanda 2.4 %, Yuxarı Qarabağda 1.4 %, Naxçıvan Muxtar Respublikasında 0.04 %, ölkə xarici yoluxma isə 0.3 %-dir.

Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazilər də açıqlanıb. Belə ki, paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb. Bu rəqəm Binəqədidə 14.9 % təşkil edir. Sonrakı yerlərdə 13,3 %-lə Xətai, 12,3 %-lə Yasamal, 10,7 %-lə Sabunçu, 8,3 %-lə Nərimanov, 8.1%-lə Suraxanı, 8%-lə Nəsimi, 7 %-lə Nizami, 6,9 %-lə Xəzər, 5,1 %-lə Səbail, 4.9%-lə Qaradağ, 0,5 %-lə isə Pirallahı qərarlaşıb.
Xəbəri paylaş