Newscenter.az.31.03.2021. “Bakı Gənclər Klubu” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə 28 dekabr 2020 – 28 mart 2021-ci il tarixlərində həyata keçirdiyi “Bir ölür – min dirilərik!” adlı layihənin icrasını yekunlaşdırıb. Layihənin icrası keçmiş çəbhəyanı bölgə - Füzuli rayonunda həyata keçirilmişdi.
Newscenter.ax xəbər verir ki, layihənin məqsədi – I və II Qarabağ müharibəsi zamanı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, bu yolda həyatlarını və sağlamlıqlarını itirmiş əsgər və zabitlərimizi video-çarxlar vasitəsilə cəmiyyətə tanıtmaq və gənclərimizdə qəhrəman obrazları yaratmaq idi.
Layihənin icrası zamanı 5 video-çarxın çəkilişi həyata keçirilmişdir. Bu məqsədlə çəkiliş qrupu keçmiş cəbhəyanı - I və II Qarabağ müharibələr zamanı qızğın döyüşlər getdiyi Füzuli rayonuna səfər təşkil etmiş və Alxanlı, Zobcux, Sükürbəyli, Kərimbəyli kəndlərində çəkilişləri həyata keçirmişdir. Çəkilişlərdə topçu, tankçı, kəşfiyatçı və digər döyüşçülərin həyatı, Vətən torpağının müdafiəsinə qalxması, I və II Qarabağ müharibələri zamanı həyata keçirilən əməliyyat və döyüşlər, qızğın döyüş gedən məkanlar və gənc nəslə tövsiyyələr öz əksini tapmışdır. Hazırlanmış video-çarxların gələcəkdə gənclərimizin vətənpərvər ruhda böyüməsində, həmin qəhrəmanların gənclər və cəmiyyət tərəfindən tanıdılmasında və gənc nəsildə yeni müasir qəhrəman obrazların yarandılmasında rolu olacaq.
Qeyd edək ki,“Bakı Gənclər Klubu” İctimai Birliyi 29 yanvar 1994-cü ildə təsis edilmiş və həmin il Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. “Bakı Gənclər Klubu” Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ), “GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu” və “Azərbaycan Kiber İdman Federasiyası”nın təsisçisi və fəal üzvüdür.
Sevinc