Newscenter.az.31.03.2021. Yeni Yol Partiyasının (YYP) təsis qurultayı keçirilib. Onlayn formada keçirilən toplantıda 142 qurultay nümayəndəsindən 111 nəfəri iştirak edib.
Newscenter.az xəbər verir ki, qurultayda YYP-nin Məramnamə və Nizamnaməsi qəbul olunub. YYP Təşkilat Komitəsinin sədri Ramil Hüseynov qurultayda yekdilliklə partiyanın sədri seçilib. Ramil Hüseynov qurultayda geniş məruzə ilə çıxış edib.
Qurultayda YYP Təşkilat Komitəsi üzvlərinin çıxışlarından sonra seçki keçirilərək 40 nəfərdən ibarət Mərkəzi İdarəetmə Qurumu (MİQ) və 5 nəfərlik Nəzarət-Təftiş Komissiyası (NTK) formalaşdırılıb. Qurultay müvafiq sənədlərin hazırlanaraq partiyanın dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət edilməsi ilə bağlı işlərin aparılması məqsədi ilə partiyanın rəhbərliyinə səlahiyyət verib.
Mehman