Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya müdafiə nazirinin müavini Qarabağa niyə gəlib?



Newscenter.az.31.03.2021. Rusiya müdafiə nazirinin müavini ordu generalı Dmitri Bulqakov Azərbaycanın Qarabağ bölgəsinə səfərə gəlib.

“Report” “Sputnik Armeniya” istinadən xəbər verir ki, onu Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarının komandanı general-leytenant Rüstəm Muradov qarşılayıb.

D.Bulqakov deyib ki, Dağlıq Qarabağda Rusiya sülhməramlıları üçün tikilən mobil tipli şəhərcik aprelin 5-dək istismara veriləcək: “Bu günədək 25 mobil tipli şəhərcik istismara verilib. Aprelin 5-dək bütün sülhməramlılar yaşayış yeri ilə təmin olunacaq”.

Onun sözlərinə görə, Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqunun qərarı əsasında tikilən mobil hospital isə aprelin sonunadək təhvil veriləcək.
Xəbəri paylaş