Newscenter.az.31.03.2021. 01.04.2021-ci il tarixdən Azərbaycan və Türkiyə vətəndaşları hər iki ölkə ərazisinə birbaşa səfər zamanı biometrik şəxsiyyət vəsiqəsindən istifadə edə bilərlər. Həmin şəxslər vizadan azad edilməklə 90 gün ölkədə qalmaq imkanı əldə edəcəklər.
Newscenter.az-a Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, bu zaman sərhədkeçmə sənədləri - şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu (xarici pasport) ölkə ərazisinə giriş tarixindən azı 30 gün etibarlılıq müddətinə malik olmalıdır.
Digər ölkələrdən Azərbaycan və Türkiyə ərazisinə, eləcə də əks istiqamətdə sərhədkeçmə zamanı pasportlardan istifadə məcburidir.
Ölkəmizdə müddətdən artıq qalmaq istəyən Türkiyə vətəndaşları yaşamaq icazəsi almaq üçün pasportla müraciət etməlidirlər. Bu zaman həmin sənədin etibarlılıq müddəti tələb edilən müddətdən azı 60 gün artıq olmalıdır.
Xatırladaq ki, ölkəmizdə 15 gündən artıq qalmaq istəyən əcnəbilərin müvafiq qaydada olduğu yer üzrə qeydiyyata alınması tələb edilir.
Sevinc