Newscenter.az.1.04.2021. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
AQTA-dan Newscenter.az-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Al Market” MMC tərəfindən Türkiyə Respublikasından ölkəmizə idxal edilən zirə və qara istiot məhsullarına Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.
İdxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində 420 kq zirə və 180 kq qara istiot məhsullarında kif göbələyi aşkar edilib.
Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.