Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Badamdarda sürüşmənin qarşısını almaq üçün görülən işlər açıqlanıb



Newscenter.az.1.04.2021. Bakının Badamdar qəsəbəsində sürüşmənin qarşısını almaq üçün görülən işlər açıqlanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, sürüşmə zonasında birinci mərhələ üzrə işlər ötən ilin oktyabr ayından başlayıb və bu işlər çərçivəsində eni 3,5 metr,, dərinliyi 30,0 metr olan 3 ədəd quyu qazılıb.

Məlumata görə, quyuların bütün konstruksiya və avadanlıqları Yaponiyadan gətirilib: “Layihəyə görə bütün quyuların aşağı hissəsində 2 səviyyədən ibarət olmaqla ümumilikdə 63 ədəd uzunluqları 50,0 metr və diametri 40,0 mm olan üfüqi drenaj boruları quraşdırılmalıdır.

Sonda bu quyular dib səviyyəsində bir-biri ilə birləşməli və yığılmış sular ən aşağı quyu olan birinci quyunun dib səviyyəsindən sahədən öz axımı ilə kənarlaşdırılır”.
Xəbəri paylaş