Newscenter.az.1.04.2021. Bakıda evdə oğurluq olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 19-da rayon ərazisindəki evlərin birindən 4 000 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əsədov, Sumqayıt şəhər sakini N.Ələsgərov və Beyləqan rayon sakini O.Əliyev saxlanılıblar.