Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çin Azərbaycana bir partiya təmənnasız peyvənd göndərəcək



Newscenter.az.1.04.2021. “İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 29-cu ildönümü ərəfəsində Çindən Azərbaycana gətirilən COVID-19 xəstəliyi əleyhinə peyvəndlərin qarşılanması mərasimi xüsusi əhəmiyyət daşıyır”.

Bunu Çinin Azərbaycandakı səfiri Qo Min Çindən gətirilən peyvəndlərin qarşılanma mərasimində çıxışı zamanı deyib.

Səfirin sözlərinə görə, son illərdə Çin Xalq Respublikasının sədri Si Tsinpin və Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi qayğısı və dəstəyi sayəsində iki ölkə arasında olan dostluq və əməkdaşlıq münasibətləri sürətlə inkişaf edir, siyasi sahədə qarşılıqlı etimad daim möhkəmlənir, eləcə də “Bir kəmər və bir yol”un birgə inşası üzrə əməkdaşlıq iki xalq üçün praktik fayda gətirərək səmərəli nəticələr verir: “Xüsusilə ötən il pandemiya baş verdikdən sonra Çin və Azərbaycan birləşib yaranan çətinliklərin öhdəsindən gəlmək üçün bir-birilərinə kömək edərək güclü mənəvi dəstək verdilər və vaxtında maddi yardım göstərdilər, mühüm təcrübə paylaşdılar, pandemiyaya qarşı mübarizədə beynəlxalq aləmdə yaxından çalışdığını ifadə edərək iki ölkə arasındakı dərin dostluğu tam nümayiş etdirdilər, atalar sözündə də deyildiyi kimi “Dost yaman gündə tanınar”.

Diplomat vurğulayıb ki, hazırda pandemiyaya qarşı qlobal mübarizədə kritik bir mərhələyə qədəm qoyulub: “Peyvəndlərin çatışmazlığı və onların qeyri-bərbarə paylanması bütün dünyada mövcuddur, proteksionizm və ikili standartlar peyvəndlərin paylanmasında da geniş yayılıb.

Bəşəriyyətin ümumi taleyinə dair cəmiyyət qurma konsepsiyasına sadiq qalaraq Çin COVID-19 xəstəliyinin əleyhinə olan peyvəndlərin bütün dünya üçün əlçatan olacağını və beləliklə inkişaf etməkdə olan ölkələrdə peyvəndlərin əldə etmə imkanına malik olması ilə bağlı Çinin layiqli töhvə verəcəyini vəd edən ilk ölkə olub.

Pandemiyanı ən qısa müddətdə məğlub etmək üçün Azərbaycana kömək etmək naminə Çin hökuməti yaxın vaxtlarda Azərbaycanı təmənnasız olaraq bir partiya Çin peyvəndi ilə təmin edəcək və Çindən peyvəndlərin alınmasında Azərbaycan tərəfini qətiyyətlə dəstəkləyəcək.".
Xəbəri paylaş