Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Biz bir xalq və dövlət olaraq Ukraynanın yanında olmalıyıq



Newscenter.az.3.04.2021. Ukrayna Azərbaycan münasibətlərinin tarixi çox qədimə təsadüf edir.

Çar Rusiyası dövründə azərbaycanlılar Ukrayna ordusunda xidmət ediblər. Ukraynalı ataman A.Qolovatı 1795-ci ildə Azərbaycanın cənub sərhədlərini qorumaq məqsədi ilə Azərbaycana gəlib və burada vəfat edib.

Azərbaycan xalq cümhuriyyəti dövründə ölkəmizin müstəqilliyini tanıyan və bura diplomatik nümayəndə təyin edən azsaylı ölkə var idi ki, onlardan biri də Ukrayna idi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Nikolayevskaya küçəsi 8 ünvanındakı Mirzəbəyov qardaşlarının evində Ukraynanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul vitse-konsul Qolovan rəhbərlik etmişdir

1918-ci il noyabrın 1-də Mir Yusif Vəzirov (Yusif Vəzir Çəmənzəminli) Azərbaycan Hökumətinin Ukraynada diplomatik nümayəndəsi təyin edildi. Elə həmin ay M.Y.Vəzirov Kiyevdə diplomatik fəaliyyətə başladı

İkinci müstəqillik illərində Azərbaycanın müstəqil dövlət olmasını tanıyanlardan birinclərdən bir də Ukrayna olub.

Ukraynanın Azərbaycandakı səfirliyi 1996-cı il mayın 5-də fəaliyyətə başlayıb. Azərbaycanın Ukraynadakı səfirliyi isə 1997-ci il martın 17-də açılıb.
Azərbaycan Ukrayna arasında əməkdaşlıq təkcə siyasi iqtisadi deyil. Hazırda bu ölkədə 500 minə yaxın soydaşımız yaşayır və Ukrayna onları öz övladı kimi bağrına basıb.
Biz bir xalq və dövlət olaraq Ukraynanın yanında olmalıyıq. Türkiyə, Pakistan qədər Ukrayna da bizə doğmadır. .

Zaur Əliyev-dosent
Xəbəri paylaş