Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMT Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsinə kömək edir



Newscenter.az.3.04.2021. BMT-nin Minalardan Təmizləmə Xidməti (UNMAS) tərəfindən 2020-ci ildə 900 piyada əleyhinə mina, 400 əldəqayırma partlayıcı qurğu və 71 min digər partlayıcı obyekt zərərsizləşdirilib.

Bu barədə 4 aprel tarixində qeyd olunan Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ərəfəsində dərc olunmuş illik hesabatda məlumat verilib.

Məlumata görə, BMT əməkdaşları həmçinin 3 min xəsarət alana yardım edib, mina riskinin olduğu regionlarda yaşayan 1,7 milyon insana təhsil məşğələləri keçiriblər.

Xatırladaq ki, mart ayında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) arasında Dağlıq Qarabağ münaqişəsi zonasının minalardan təmizlənməsi üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.

BMT-nin İnkişaf Proqramının böhran vəziyyətlər üçün nəzərdə tutulan büdcəsindən və BMT-nin Fövqəladə hallara qarşı tədbirlər üzrə Mərkəzi Fondundan buna 1 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb. Bu vəsaitlə BMTİP ANAMA-ya münaqişənin təsirlərinə məruz qalan ərazilərdə yaşayan yerli icmalar üçün ciddi risklər yaradan minaları və partlamamış hərbi sursatları təmizləmək üçün təcili müdaxilə qruplarını təlimləndirmək, təchiz etmək və yerləşdirmək üçün dəstək verəcək.
Xəbəri paylaş