Newscenter.az.3.04.2021. Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi Azərbaycan Respublikası ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən insanların vahid Məlumat Bazasının yaradlıması və onların problemlərinin öyrənilərək bu problemlərin həll olunması sahəsində mütəmadi fəaliyyət göstərir.
Newscenter.az-a İctimai Birliyin sədri Hafiz Səfixanovun verdiyi xəbərə görə, təşkilat tərəfindən rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2021-ci ilin mart ayında 3 hadisə nəticəsində 8 nəfərin piyadalar əleyhinə minalardan zərər çəkdiyini qeydə alınıb. Nəticədə iki mülki şəxs həlak olub, biri uşaq olmaqla altı mülki şəxs yaralanıb. 2021-ci ilin mart ayında minalarla bağlı hadisələr Ağdam və Xocavənd rayonlarının ərazisində baş verib.
Ümumilikdə 2021-ci ilin ilk üç ayında 36 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.
Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi bir daha əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar.
Mehman