Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Facebook”un yarım milyarddan çox istifadəçisinin şəxsi məlumatları yayıldı



Newscenter.az.3.04.2021. “Facebook” sosial şəbəkəsinin 533 milyondan çox istifadəçisinin şəxsi məlumatları haker forumunda yerləşdirilib.

“Report”un məlumatına görə, bu barədə “Business Insider” nəşri bildirib.

Qeyd olunub ki, forumda ABŞ-dan 32 milyon, Böyük Britaniyadan 11 milyon və Hindistandan 6 milyon daxil olmaqla ümumilikdə 106 ölkədən olan istifadəçilərin tam adları, yeri, doğum tarixi, tərcümeyi-halları, mobil nömrələri və bəzi hallarda e-poçt ünvanları forumda yayılıb.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür məlumatlar kiber cinayətkarlar üçün dəyərli ola bilər.
Xəbəri paylaş