Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pomidor məhsulu yetişdirilən istixanalarda videomonitorinqlər keçirilir



Newscenter.az.3.04.2021. Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor məhsuluna tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlarla Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") mütəxəssislərindən ibarət nümayəndə heyətləri arasında intensiv görüşlər davam etdirilir.

Nescenter.az-a AQTA-dan bildirilib ki, həyata keçirilən birgə nəzarət tədbirləri çərçivəsində 11 mart - 2 aprel tarixlərində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin əməkdaşlarının iştirakı ilə "Abşeron Agro 2020" MMC, “Aqro az”, “Qızıl Nohur”, “EKO-food” MMC, “A-K GROUP” MMC, “Botanik-2016” MMC, “Green World” MMC, “Abşeron kəndli fermer təsərrüfatı” MMC, “AZ-Roza” MMC, “Agro red” MMC-də və Eyvazov Taleh Cəlal oğlu, Salmanova Qönçə, Salmanzadə Elxan, Həsənov Müsbət, Qurbanov Vidadi, Hüseyinov Tahir İslam oğlu, Bayramova Kəmalə Oruc qızı, Əmirov Mətin Cavanşir oğlu, Babayev Ələmdar, Yusifov Əli Gürşad oğlu, Məşədiyev İlqar, Məmmədov Mirzə, Rüstəmov Kəramətə məxsus pomidor məhsulu yetişdirilən istixanalarda videomonitorinqlər keçirilib.

Videomonitorinqlər zamanı təsərrüfatların ümumi sahəsi, o cümlədən hazırda pomidor əkini altında olan sahə, yetişdirilən sort, gözlənilən istehsal, istixananın işıq və istilik rejimi, yerinə yetirilən bitki mühafizə tədbirləri barədə rusiyalı mütəxəssislərin sualları cavablandırılıb, eyni zamanda götürülmüş bitki və meyvə nümunələri Rusiya tərəfinin müvafiq laboratoriyalarında müayinə edilməsi üçün nümunə paketlərinə qoyularaq plomblanıb.
Qeyd edək ki, AQTA və Rusiya Federasiyasının müvafiq qurumunun mütəxəssislərindən ibarət işçi qrupunun birgə həyata keçirdiyi videomonitorinqlər növbəti günlərdə respublikamızın digər regionlarında yerləşən istixanalarda davam etdiriləcək.

Orxan
Xəbəri paylaş