Newscenter.az.5.04.2021. Gürcüstan parlamentinin Mədəniyyət Komitəsinin sədri Eliso Bolkvadze və Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev arasında görüş keçirilib.
Newscenter.az xəbər verir ki, tərəflər iki ölkə arasındakı mədəni əlaqələr və mədəniyyət sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
E.Bolkvadze səfirlə mədəni əlaqələrin yeni dinamikası ətrafında fikir mübadiləsi apardığını bildirib: "Biz yeni layihələri nəzərdən keçirdik. Həm Azərbaycan, həm də Gürcüstanda çox maraqlı tədbirlər planlaşdırırıq".
O, rəhbərlik etdiyi komitə və Heydər Əliyev Fondu arasında müxtəlif layihələr vasitəsilə əlaqələrin daha da dərinləşdiriləcəyini qeyd edib.
E.Bolkvadze Qardabanidə tezliklə Heydər Əliyev Fondunun filialının açılacağını da deyib.