Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan məhsulları Çində nümayiş olunur



Newscenter.az.5.04.2021. Çinin Çendu şəhərində "China Food and Drinks Fair and TAOWINE Hotel Show” sərgisi işə başlayıb.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə sərgidə şərab və digər spirtli içki istehsalı sahəsində fəaliyyət göstərən 10-dan çox Azərbaycan şirkətinin məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.

Tədbir çərçivəsində Azərbaycan şərablarının dequstasiyası keçirilir, sərgi iştirakçıları Azərbaycan şərablarının dadını və keyfiyyətini yüksək qiymətləndirirlər.

Sərgi aprelin 9-na qədər davam edəcək.
Xəbəri paylaş