Newscenter.az.5.04.2021. Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Pera Plastik RAM BNT LTD” arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Newscenter.az-a təhsil ocağından bildirilib ki, müqaviləni rektor Vilayət Vəliyev və şirkətin direktoru Şərəf Hizarcı imzalayıb. Müqaviləyə əsasən, Maşınqayırma və robototexnika fakültəsində təhsil alan bakalavr və magistrlərin şirkətdə istehsalat və elmi-tədqiqat təcrübələrinə cəlb olunması, məzunların isə işlə təmin edilməsi nəzərdə tutulub. Qarşılıqlı elmi-nəzəri və ustad dərslərinin keçirilməsi, şirkətin əməkdaşları üçün AzTU-da ixtisasartırma kurslarının təşkili də planlaşdırılıb.
Bundan başqa, rezin və plastik məmulatlar istehsalı, toxuculuq sənayesi müəssisələrində onlayn idarəetmə və satış sisteminin elmi-praktik əsaslarının hazırlanması, həmçinin bu istiqamətdə maarifləndirmə tədbirlərinin təşkili də qərara alınıb.
R.Mehdiyeva