Newscenter.az.5.04.2021. Bakıda 1, Azərbaycanın bölgələrində isə 3 obyektin tikintisinə icazə verilib.
“Report” bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bunlar Bakının Binəqədi rayonunda, 7-ci mikrorayon, Süleyman Sani Axundov küçəsində yerləşən yaşayış binası, Qusar rayonunun Girik kəndində yerləşən ticarət, ictimai-iaşə müəssisəsi, Şəmkir rayonunun Dəllər qəsəbəsinədə yerləşən idarəetmə və ictimai bina, Göygöl rayonunun Quşqara kəndində yerləşən kənd təsərrüfatı istehsalat binasıdır.
"Anar-60" firmasının inşa edəcəyi paytaxtdakı obyektin tikintisinə Komitənin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, fiziki şəxslərin inşa edəcəyi digər 3 obyektin tikintisinə isə yerli İcra Hakimiyyətləri icazə verib.