Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DİN-dən AXCP üzvünün saxlanılması ilə bağlı açıqlama-VIDEO



Newscenter.az.5.04.2021. Vətəndaş Laçın Vəliyevin konkret cinayət əməlinə görə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şərlənərək saxlanılması ilə bağlı bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən iddialar yayılır.

DİN Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a bildirib ki, bu iddiaların heç bir əsası yoxdur, L.Vəliyev narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edir və bu araşdırmalarla sübuta yetirilib:

"Onun üzərindən hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı satış məqsədilə qanunsuz olaraq, istintaqla mənbəsi araşdırılan, şəxsi istehlak miqdarından artıq narkotik maddə 4,791 qr metamfetamin, 6,474 qr heroin aşkarlanıb. Eləcə da ona təyin edilən müvafiq tibbi müayinənin nəticələrinə görə, narkotik vasitələrin istifadəçisi olması məlum olub.

Fakt üzrə Sabunçu RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlayıb. Hazırda istintaq hərəkətləri davam etdirilir".

Qeyd edək ki, L.Vəliyev AXCP üzvüdür.
Xəbəri paylaş