Newscenter.az.5.04.2021. Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Xoruzlu kənd sakini Ziyəddin Əbdülkərimovun şəhər ərazisindəki istirahət mərkəzində qonaqların iştirakı ilə oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.
Bundan başqa, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilən digər tədbirlərlə rayonun Düyərli kənd sakini Namiq Vəliyevin şəhər ərazisindəki restoranların birində qardaşına toy məclisi təşkil etdiyi də müəyyən edilib.
Hər iki toyun təşkilatçısı barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, məclisin iştirakçılarına isə xəbərdarlıq edilib.