Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uşaq bağçaları bağlanıb



Newscenter.az.5.04.2021. Bu gün Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən məktəbəqədər təhsil müəssisələri fəaliyyətini dayandırıb.

"Report" xəbər verir ki, hazırda qeyd olunan ərazilərdə yerləşən məktəbəqədər təhsil müəssisələri bağlanıb.

Xatırladaq ki, Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən məktəbəqədər təhsil müəssisələrinin aprelin 5-dən bağlanması ilə bağlı qərar aprelin 2-də müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən verilib.

Daha sonra təhsil naziri Emin Əmrullayevin aprelin 3-də feysbuk səhifəsində “Pandemiya dövründə tədrisin təşkili” mövzusunda sualları cavablandırarkən bağçaların bağlanmayacağını və fəaliyyətlərini davam etdirəcəyini deyib.
Xəbəri paylaş