Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almaniyanın müdafiə naziri: "Türkiyə PUA-larının qarşısını almaqda acizik"



Newscenter.az.8.04.2021. "Türkiyə istehsalı olan pilotsuz uçuş aparatı (PUA) qarşısında Almaniya hava hücumundan müdafiə sistemi acizdır".

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu, Almaniyanın tanınmış “Frankfurt Allgemeine Zeitung” (FAZ) qəzetindəki məqalədə qeyd olunub.

Qəzetin yazdığına görə, bu qurğu Almaniya ordusunda şoka səbəb olub.

Bildirilib ki, Almaniyanın Müdafiə Nazirliyi ölkə hava hücumundan müdafiə sisteminin PUA-ların qarşısını almaqda gücsüz olduğunu etiraf edib. Müdafiə naziri Anneqret Kramp Karrenbauer bu istiqamətdə problemi aradan qaldırmaq üçün bəzi təkliflər irəli sürüb.

“PUA hücumlarının təhdidi səbəbi ilə təcili olaraq hava hücumundan müdafiə sisteminin dəyişdirilməsinə ehtiyac var. Silahlı qüvvələr bu vəziyyətdə müqavimət göstərəcək vəziyyətdə deyil. Almaniya ordusu PUA hücumu qarşısında hardasa müdafiəsiz olduğu qəbul edilən bir sürpriz oldu”, - məqalədə vurğulanıb.

Yazıda bildirilib ki, İsrail və Türkiyə tərəfindən istehsal olunan PUA-lar Qarabağ və ətraf rayonlarda Ermənistan Silahlı Qüvvələrinə aid 190-dan artıq tankı və zirehli avtomobili məhv edib: “Erməni hərbçiləri bu hücumlar qarşısında müdafiəsiz olduqları üçün məyus vəziyyətə düşdülər. Bununla bağlı xəbərlər Almaniya ordusunda şoka səbəb olub”.

Məqaləyə əsasən, Almaniyadakı ABŞ-ın “Patriot” hava hücumundan müdafiə kompleksində bununla bağlı modernləşməyə ehtiyac var: “Bunun üçün 600 milyon avro məbləğində maliyyə vəsaiti lazımdır. Almaniya hava hücumundan müdafiə sisteminin modernləşməsi üçün 13 milyard avrodan artıq maliyyə vəsaiti lazımdır”.
Xəbəri paylaş