Newscenter.az.8.04.2021. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl Osaymin “Dostluq” ordeni ilə təltif olunub.
Newscenter.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
O, Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə mükafatlandırılıb.
Prezident İlham Əliyev aprelin 8-də Bakıda Yusif bin Əhməd əl Osaymini qəbul edərkən “Dostluq” ordenini ona təqdim edib.