Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan törətdiyi cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir



Newscenter.az.8.04.2021. Bəşər tarixi bir çox sivilizasiyanın meydana gəlməsi və tarix səhifələrindən silinməsinin şahididir. Tarixən Avropa və Asiyanın qovuşuğunda yerləşən Azərbaycan hər iki mədəniyyətin nailiyyətlərinin üzvü surətdə çulğalaşdığı bir məkan olaraq, başqa etnik qruplara, dini konfessiyalara, milli mentalitentlərə və müxtəlif mədəni dəyərlərə dözümlülüyü və tolerantlığı ilə seçilmişdir.

Müasir dövlətlərarası münasibətlər sistemdə sülh və təhlükəsizliyin təmin olunması, qarşıdur¬maların və silahlı münaqişələrin aradan qaldırılması, ərazitoxunulmazlığı, transmilli cinayətkarlığa qarşı mübarizə müasir beynəlxalq hüququn prioritetlərindən hesab olunur. Qlobal anlamda bəşəriyyət üçün xüsusitəhlükəli hesab olunan belə əməllərə bəzən müxtəlif siyasi “arqumentlərlə” bəraət qazandırılır, habelə universal və regional təşkilatlar səviyyəsində transmillicinayətlərə görə beynəlxalq hüquqi məsuliyyət məsələlərinə laqeyd münasibət bəslənilir. Elə bu səbəbdən də, müasir dünyada silahlı toqquşmaları doğuran elementlər, dövlətlərarası münaqişələrin yaranmasının başlıca səbəbiolan ərazi işğalı, müharibə və insanlıq əleyhinə cinayətlər, soyqırımı faktları,dövlət suverenliyinə və siyasi müstəqilliyə qəsdlər artmaqda davam edir. Bugün beynəlxalq sistemdəki harmoniyanı sarsıdan belə əməllər sırasında özünün xarakter və təhlükəlilik dərəcəsinə görə yalnız bir və ya bir neçə dövlətin deyil, bütövlükdə bəşəriyyətin təhlükəsizliyinə və ümumi sülhün qorunub saxlanmasına təhdid kimi dəyərləndirilən beynəlxalq cinayətlərdən biri də təcavüzdür.

Qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan dövlətçiliynə və ərazi bütövlüyünə yönəldilən hərbi təcavüzə qarşı beynəlxalq mübarizənin formalaşdırılmasına başlanılmışdır. Ermənistanın həmin cinayətə görə beynəlxalq hüquqi məsuliyyətinin reallaşdırılmasıilə bağlı strategiya bu gün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən güclü siyasi iradə və böyük əzmkarlıqla davam etdirilir. Müasir dövrdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü vəsiyasi müstəqilliyinə qarşı bir sıra qlobal və regional təhlükələrin mövcudluğuna baxmayaraq, Ermənistanın təcavüzü mili dövlətçiliyimiz real xarici təhdidlərdən biri hesab edilir və məsələyə cinayət hüququ müstəvisindən yanaşma olduqca zəruridir.

Zaman-zaman Türkiyə və İran ərazisindən köçürülərək İran ərazisində məskunlaşdırılan ermənilər ənənəvi havadarlarının əlində alətə çevrilərək bölgənin siyasi və iqtisadi sabitliyinə maneə yaradırdılar. Ermənilər rus imperiyasının səxavət inəticəsində Qərbi Azərbaycan torpaqlarında oyuncaq erməni dövləti yaratmağa müvəffəq oldular. Milli müstəsnalığa mübtəla olmuş ermənilərin ambisiyaları Azərbaycan xalqına və bəşəriyyətə qarşı cinayətlər zəminində həyata keçirilir və bu gün də həyata keçirilməkdədir. Uzun illərdən bəridir ki, erməni lobbisinin beynəlxalq ictimaiyyətin gözü qarşısında “əzabkeş erməni xalqı” obrazı yaratmaq istiqamətində məqsədyönlü və iftira böhtan dolu kompaniyaların niyyəti, törətmiş olduqları və gələcəkdə törədəcəkləri cinayətlərə bəraət qazandırmaq özlərini sığortalamaqdan başqa bir şey deyildir. XX əsrin əvvəllərindən başlayaraq dünyanın müxtəlif ölkələrinə kütləvi surətdə səpələnmiş ermənilər “Böyük Ermənistan” ilğımı uğrunda mübarizə məqsədi ilə xarici dövlətlərin siyasi elitalarına yol tapmış, həmin ölkələrdə eloktoratın ələ alınması, vəzifəli şəxslərlə sövdələşmələr, mənsəbli diplomatların qətlə yetirilməsi kimi üsullardan istifadə etmişlər.

XX əsrdə həm Cənubi Qafqazda, həm də Şərqi Anadoluda ermənilər havadarlarının dəstəyi ilə türk-müsəlman əhaliyə qarşı dəfələrlə kütləvi qırğınlar törətmiş və deportasiyalar həyata keçirmişlər. Lakin ermənilər tarixi saxtalaşdıraraq özlərini dünyaya soyqırıma məruz qoyulan xalq kimi təqdim edirlər. Təəssüf ki, nəinki ermənilərin XX əsrin əvvəllərində törətdikləri qırğınlar, hətta 1991-1994-cü illərdə Azərbaycanın işğal edilmiş ərazilərində törətdikləri ağlasığmaz cinayətlər belə, beynəlxalq təşkilatlar və dünyada söz sahibi olan dövlətlər tərəfindən sükutla qarşılanmışdır. Törətdiyi qanlı cinayətlərə görə işğalçı Ermənistanın bu günədək cəzasız qalması onu yeni-yeni cinayətlərə sövq edir. Ermənilərə havadarlıq edən dövlətlər və beynəlxalq qurumlar guya 1915-ci ildə baş vermiş “erməni soyqırımı”nı tanımaqla tarixi gerçəkliyin üzə çıxmasına əngəl olmağa çalışırlar.

Azərbaycan torplaqlarını 30 ilə yaxın müddətdə işğal altında saxlayan, Qarabağ və ətraf rayonlarda etnik təmizləmə siyasəti yürüdən Ermənistan hazırda işğalçılıq siyasətinin doğurduğu nəticələrlə üz-üzə qalıb. Ermənistan bir çox silahları, o cümlədən “İsgəndər-M” raketlərini qeyri-qanuni yollarla əldə etdiyi şübhəsizdir. Məqsəd isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşanı dağıtmaq olub. Amma Ermənistan məkrli niyyətinə çata bilməyib. Şanlı Azərbaycan Ordusu Ermənistanın Qarabağda yerləşdirdiyi bütün silah-sursat anbarlarını, ümumiyyətlə, Ermənistan ordusunu darmadağın edərək, tarixi ədaləti, özünün ərazi bütövlüyünü bərpa edib.

Dövlət siyasəti terror və işğalçılıq olan Ermənistan bu cinayətlərə görə mütləq beynəlxalq hüquq qarşısında cavab verməlidir.

Məleykə Ağayeva,
YAP Sabirabad rayon təşkilatının sədri
Xəbəri paylaş