Newscenter.az.8.04.2021. Aprelin 8-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə “Azərbaycan gənclərinin beynəlxalq arenada təmsilçiliyi” movzusunda Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Ramin Məmmədovla görüşü keçirilib.
Newscenter.az xəbər verir ki, tədbiri giriş söz ilə açan YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Azərbaycanda dövlət gənclər siyasətinin uğurlarından danışıb, gənclərin beynəlxalq təmsilçiliyindən bəhs edib. B.İslamov mövzunun aktuallığını qeyd edərək, Ramin Məmmədovun fəaliyyəti haqqında da görüş iştirakçılarına məlumat verib.
Görüşdə çıxış edən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Ramin Məmmədov bildirib ki, Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Onun sözlərinə görə, YAP Gənclər Birliyi də ötən dövrdə inkişaf edərək sıralarını genişləndirib.
R.Məmmədov, həmçinin YAP Gənclər Birliyinin ötən dövr ərzində beynəlxalq əlaqələrindən danışıb, bu əlaqələrlə bağlı məlumatları slaydlarla təqdim edib.
R.Məmmədov əmin olduğunu bildirib ki, YAP Gənclər Birliyinin yeni heyəti də ölkəmizi və partiyamızı beynəlxalq müstəvidə uğurla təmsil edəcək. O, bu yolda YAP Gənclər Birliyinə uğurlar arzulayıb.
Daha sonra Ramin Məmmədov YAP Gənclər Birliyinin üzvlərinin suallarını cavablandırıb, görüş diskussiya şəraitində davam edib.
Mehman