Newscenter.az.8.04.2021. Gün ərzində çox maraqlı hadisələr baş verdi. Nikol Paşinyan Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdükdən sonra İrəvanda Rusiyanın baş prokuroru İqor Krasnovu qəbul etdi. Krasnov Azərbaycan prezidenti İlham Əliyevlə görüşmək məqsədilə İrəvandan sonra Bakıya gəldi. Hiss olunurdu ki, Kreml Krasnovu xüsusi missiya ilə Bakı və İrəvana göndərib. Böyük ehtimalla Rusiyanın baş prokuroru “əsirlər” məsələsiylə bağlı danışıqlar da aparıb.
Gün ərzində İrəvanda enən təyyarədə “erməni əsirlərin” geri qaytarılacağı xəbərləri yayılmağa başlandı. Ancaq Ermənistan baş nazirinin müavininin mətbuat katibi Njde Ovsepyan açıqlama verərək İrəvana enən təyyarənin içində heç bir “erməni əsirin” olmadığını yazdı. İrəvanda “əsirləri” gözləyərkən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Bin Əhməd Əl-Osaymin ilə keçirilən birgə mətbuat konfransında dedi ki, “hərbi əsirlər mövzusu bağlanıb”.
“İsgəndər” və minalanmış ərazilərin xəritəsi məsələsinə aydınlıq gətirmədən “əsirlərin” – erməni diversantların geri qaytarılması Azərbaycanın maraqlarına cavab verməyəcək.
Elxan Şahinoğlu-"Atlas" Araşdırmalar Mərkəzinin sədri