Newscenter.az.8.04.2021. “Münaqişə başa çatsa da, davamlı sülhün yaradılması və bərpa prosesi kifayət qədər vaxt aparan məsələdir. Münaqişədən zərərçəkən böyük sayda insanlar var.”
Bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nümayəndə heyətinin keçirdiyi mətbuat konfransında təşkilatın Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavrsa Sengendo deyib.
“Biz istəyirik ki, onların həyatları bundan sonra öz axarına qayıtsın. Bərpa prosesləri öz-özlüyündə kifayət qədər çətin prosesdir. İƏT-in üzvləri bərpa prosesində Azərbaycan xalqına və dövlətinə öz dəstəyini davam etdirəcək. Biz üzvləri bu məsələdə öz dəstyini nümayiş etdirməyə çağırırıq”, - o bildirib.