Azərbaycanda jurnalistlərin vaksinasiyasına başlanılıb
Tarix: 9-04-2021, 12:15
Newscenter.az.9.04.2021. Bu gündən Azərbaycanda media işçilərinin koronavirusa (COVID-19) qarşı vaksinasiyasına başlanılıb.
Newscenter.az xəbər verir ki, media işçiləri Mətbuat Şurasının binasında peyvənd olunur.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinə Çinin "Sinovac Biotech" şirkətinin istehsal etdiyi "CoronaVAC" vaksini vurulur.