Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

General Muradov əliboş qayıtdı-SƏBƏB?



Newscenter.az.9.04.2021. Dünən Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya səfər edib, Rusiya prezidenti Putinlə görüşüb. Görüşdə, tərəflərin bəyan etdiyi kimi, Qarabağ ətrafı, xeyli məsələlər müzakirə edilib. Görüşdən sonra isə dərhal, bu gün Putin Bakıya Azərbaycan prezidenti İlham Əliyevə zəng edib, söhbətləşiblər. Ümumi söhbət kimi xəbər verilir.

Təbii ki, Paşinyanın Moskvaya gəlişi ilə Putinin Bakıya tez zəngi arasında əlaqə olmamış deyil. Əlaqəninsə nədən ibarət olduğu az sonra aydın oldu. Demək, Paşinyan-Putin görüşü yekundan erməni tərəfi necə ruhlanıb, arxayın olubsa, bu gün Putinin Bakıya etdiyi zəngin heç nəticəsini gözləmədən Bakıya xüsusi təyyarə göndərib ki, Qarabağda əsir düşmüş erməni diversantlarını İrəvana gətirsin. Arxayınçılığın bir, həddinə bax, Ermənistan hökuməti əsirlərin geri qaytarılması barədə özündənrazı bəyanat yayıb, mediası isə, tirajlayıb, əsirlərin yaxın-qohumları qarşılamaq üçün İrəvan hava limanına tökülüşüb. Təyyarə enəndə isə, aydın olub ki, təyyarə bom-boşdur, Sülhməramlı rəhbəri general Muradov Bakıdan əliboş təkcə qayıdıb. Ordan da hücum çəkiblər əsir-terrorçuların qohumları baş-nazir binasına.

Azərbaycan əsir qaytarmağı düşünməyib. Qız evində toydur, oğlan evinin xəbəri yox, deyimi. Demək, Moskva görüşü və arxayınçılığının və Putinin Bakıya zənginin xeyri olmayıb. Nədən imiş, sanki İrəvandan Ermənistan vilayətlərinin bir kəndinə qoyun-keçi gətirmək üçün hökumət əmri ilə yük maşınını göndərmək arxayınçılığı?

Bunlar bu 30 ildə öyrəşiblər, Moskvanın əli ilə Azərbaycandan istədiklərini əldə etməyə nail olsunlar. O dərəcə arxayın ki, Putinin Bakıya zənginin nəticəsini belə gözləmədən, belə bir hay-küy, təntənə ilə Bakıya təyyarə göndərirlər. Anlamaq istəmirlər ki, bu suveren və müharibə qalibi olan dövlətdir. Terrorçu əsiri qaytarmaz, dövlət maraqları, tələbləri təmin olunmayınca.

Paşinyan Azərbaycana olan sozünü Moskvaya getməklə çatdırmaqdansa, Bakıya yolladıqları o təyyarəyə özü oturub gəlib, açıq konkret dərdini deyib, söhbətini etsin, Qafqazlı kişi, qonşu kimi. Rus gəldi-gedərdi, bizsə qonşuluqda qalmalıyıq.

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin sədri
Xəbəri paylaş