Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mingəçevirdə qanunsuz fəaliyyət göstərən heyvan kəsim məntəqəsi aşkar olunub



Newscenter.az.9.04.2021. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, Agentlik əməkdaşları tərəfindən Mingəçevir şəhəri, F. Əzimov küçəsində yerləşən fiziki şəxs Cabbarov Elşən Xalid oğluna məxsus heyvan kəsim məntəqəsində yoxlama keçirilib. Yoxlama zamanı məntəqədə baytarlıq-sanitariya və sanitar-gigiyena qaydalarına əməl olunmadığı, həmçinin girişdə dezbaryerin yerləşdirilmədiyi, istifadə olunan alət və ləvazimatların vaxtı-vaxtında yuyulub dezinfeksiya edilmədiyi, tullantıların məntəqə ərazisində açıq şəkildə saxlandığı və digər texniki normativ hüquqi aktların tələblərinə zidd olan nöqsanlar aşkar edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq kəsim məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Orxan
Xəbəri paylaş