Newscenter.az.11.04.2021. Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri “Barış pınarı” əməliyyatı zonasında YPG-nin (PKK-nın Suriya qanadı) üç terrorçusunu zərərsizləşdirib.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdə qeyd ediblər ki, terrorçular "Barış pınarı" əməliyyatının keçirilməsi zonasına girməyə cəhd göstəriblər və bu zonadakı rayonlara atəş açıblar.