Newscenter.az.12.04.2021. Fransanın Renn şəhərində İbn Sina Məscidinin divarlarında İslam dini əleyhinə sözlər yazılıb.
Bildirilir ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Fransanın Daxili işlər naziri Cerald Darmanin İbn Sina məscidində İslam əleyhinə təxribatı pisləyib və ölkənin bütün müsəlmanları ilə həmrəyliyini ifadə edib.
“Renndə məscidin divarlarına İslam əleyhinə yazıların yazılması yolverilməz faktdır. Ölkənin bütün müsəlmanları ilə həmrəyəm", - Daxili işlər naziri özünün tvitterdəki səhifəsində yazıb.
Darmanin həmçinin bildirib ki, məscidə baş çəkməyi planlaşdırır.
Renn şəhərinin meri Natali Apper də həmçinin müsəlman ictimaiyyətinə dəstək verdiyini söyləyib.
Fransanın İslam Şurası (CFCM) və Fransanın Türk-Müsəlman Cəmiyyətlərinin Koordinasiya Komitəsi (CCMTF) də təxribatı qətiyyətlə pisləyib.