Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha 2163 nəfər koronavirus infeksiyasına yoluxub



Newscenter.az.16.04.2021. Azərbaycanda bu gün koronavirus infeksiyasına 2 163 yeni yoluxma faktı qeydə alınıb, 2 251 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Newscenter.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 32 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 296 374 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 260 193 nəfər müalicə olunaraq sağalıb, 4 077 nəfər vəfat edib. 32 104 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 478, bu günə qədər isə ümumilikdə 3 082 157 test icra olunub.
Xəbəri paylaş