Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan gəncliyi bütün dünyada örnək ola biləcək müsbət keyfiyyətləri ilə seçilir



Newscenter.az.19.04.2021. “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”
Heydər Əliyev

Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deyib.İndi Azərbaycan gəncliyi bütün dünyada örnək ola biləcək müsbət keyfiyyətləri ilə seçilir. Bu gün respublikamızın müstəqillik yolunda inamla irəliləməsinin ən mühüm səbəblərindən biri ölkəmizdə elmə, biliyə önəm verən vətənpərvər gənclər ordusunun yetişməsidir.Gənclər yaşlı nəslin əvəzediciləri, bəşəriyyətin dayağıdır.Biz çox sevinirik ki, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mən deyərdim ki, cənab Prezident tərəfindən həyata keçirilən gənclər siyasəti yeni mərhələsini yaşayır. Azərbaycan dövlətinin sürətli inkişaf dövründəki bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır.

Bu yazıda sadalanan keyfiyyətlərə malik olan Azərbaycan gənclərinin sabahımıza inamını gücləndirən, Azərbaycanda Kiber Təhlükəsizlik Laboratoriyasına ilk imza atan savadlı, yüksək intellektə, geniş dünyagörüşünə malik, vətənini sevən Sahin Aliyev haqqında yazmaq istəyirəm.Ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirməsi olan, azərbaycançılıq məfkurəsi ilə yetişən, müasir biliklərə yiyələnmiş,Türkiyədə ali təhsil alaraq İT və şəbəkə təhlükəsizliyi üzrə mütəxəssis olan bu gənc 10000 ə yaxın gəncə təmənnasız Kiber Təhlükəsizlik təlimləri kecərək, ölkə başçısı İlham Əliyevin cıxışlarında vurğuladığı Azərbaycanın kiber-təhlükəsizliklə bağlı mühüm inkişafına böyük önəm verən gənclər yetişdirir.

"Gələcəkdə kibertəhlükəsizliklə bağlı ölkənin birinci növbədə internet təhlükəsizliyinə diqqətin daha da artırılması, alternativ provayderlərin cəlb olunması, fərdi kibercinayətkarlıqla bağlı müvafiq dövlət qurumlarında xüsusi kadr hazırlığının həyata keçirilməsi təqdirəlayiq olardı. Çünki dövlətin informasiya sistemlərinin təhlükəsizliyi qorunsa da, zaman-zaman fərdi vətəndaşlarımıza qarşı müəyyən ölçüdə kibercinayətkarlıq halları baş verir. Bu cür halların aradan qaldırılması üçün ən vacib nüans mütəxəssislərin işə cəlb olunmasıdır".
17.06.2020 ci ildə Cənab Prezident İlham Əliyevin internet texnologiyaları və kibertəhlükəsizlik sahəsində lider şirkətlərdən olan “Microsoft” nümayəndələri ilə keçirdiyi onlayn konfransın zamanı söylədiyi bu fikir yaxın 1 il ərzində artıq Sahin Aliyev tərəfindən uğurla həyata kecirilib və 10000 ə yaxın gənc bu sahədə öz bacarıqlarını dövlət səviyyəsində həyata kecirməyə hazırdırlar.İnformasiya təhlükəsizliyi Azərbaycan Respublikasında dövlət siyasətinin prioritet məsələlərindən biridir və təlim kecən gənclər bu sahədə məqsədyönlü işlər aparır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” Fərman informasiya təhlükəsizliyinin, o cümlədən kibertəhlükəsizliyin təmin edilməsi probleminə yeni strateji yanaşmanın formalaşdırılmasını nəzərdə tutur.

Kiber Təhlükəsizlik Labaratoriyasında gənclərin yeni texnika və texnologiyanı tez qavramaları, sosial şəbəkələrdən aktiv və düzgün istifadə etmələri, kiber cinayətə qarşı düzgün mübarizə və s. kimi amillər əsas götürülür. Bu günün tələbi budur. Əminəm ki, bugün Şahin Aliyevin rəhbərliyi ilə İT sahəsində yetişən gənclik cənab Prezidentin etimadını doğruldacaq gənclər ordusudur.Bu ordu gənclərin öz bilik və bacarıqlarının daha da inkişafını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Azərbaycan dövləti tam əmin ola bilər ki, bizim həqiqətən də bacarıqlı gənclərimiz var. Gəncliyin inkişafı sürətlə gedir. Hər birimiz çalışmalıyıq ki, gənclərə hər zaman dəstək olaq. Onlara nə qədər müsbət enerji versək, o enerji ölkəmizin surətli inkişafina qayıdacaq....

"Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir.. Ona görə bizim gənclərimiz həmişə yadda saxlamalıdırlar ki, Azərbaycanın dövlət müstəqilliyi hər şeydən üstündür, Azərbaycan xalqının maraqları hər şeydən üstün olmalıdır. Bir daha demək istəyirəm ki, müstəqilliyi qorumaq üçün mütləq bilik, savad, vətənpərvərlik və milli təfəkkür olmalıdır”.
İlham Əliyev.

Aygül Bağırova-Azərbaycan Jurnalistlər birliyinin üzvü
Xəbəri paylaş