Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bir neçə kafe və restoranda nöqsanlar aşkarlandı - SİYAHI



Newscenter.az.19.04.2021. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 359 ictimai iaşə obyektində 1 056 monitorinq keçirib.

AQTA-dan Newscenter.az-a verilən məlumata görə, monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, fiziki şəxs Mürşüdov Camal Mürşüd oğluna məxsus kafe;

2. Bakı şəhəri, Nərimanov ‎rayonu, N. Nərimanov küç., ev 2075 ünvanında yerləşən, fiziki şəxs Quliyev Mübariz İlyas oğluna məxsus restoran;

3. Bakı şəhəri, Xəzər rayonu, Mərdakan qəs., Yesenin 81a ünvanında yerləşən, fiziki şəxs Həmidli Fəxrəddinə məxsus "Khalça" restoranı;

4. Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 81 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Azər Bilal oğluna məxsus "Quzu Qabırğa" restoranı;

5. Kürdəmir rayonu, Atakişili kəndində yerləşən, fiziki şəxs Kərimov Əlmirzə Abdulla oğluna məxsus kafe;

6. Gəncə şəhəri, Həmidə Məmmədquluzadə küçəsində yerləşən, fiziki şəxs Mustafayev Tural Şahin oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Orxan
Xəbəri paylaş