Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsmayıllıda kənd yolları yenidən qurulur



Newscenter.az.19.04.2021. İsmayıllı rayonunun Hacıhətəmli İnzibati Ərazi Dairəsi üzrə Hacıhətəmli-Kürd-Eldarbəyli və Gideyli kəndlərinin yollarında yenidənqurma işlərinə başlanılıb. Hazırda xüsusi texnikalar vasitəsi ilə yollarda hamarlanma işlərinə başlanılıb və ilin sonuna kimi tam asvaltlanması nəzərdə tutulub.

Newscenter.az-a Rayon İcra Hakimiyyətindən bildirilib ki, dəniz səviyyəsindən 416 metr yüksəklikdə yerləşən Kürd-Eldarbəyli kəndi rayon mərkəzindən 46 kilometr , dəniz səviyyəsindən 411 metr yüksəklikdə yerləşən Gideyli kəndi isə 45 kilometr cənub qərbdə yerləşir. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan iş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Ümumilikdə uzunluğu 13 kilometr olan yol, hər iki kənddə yaşayan 1000 nəfərə yaxın əhalinin gediş-gəlişini asanlaşdıracaq.

Hazırda pandemiyanın dünya iqtisadiyyatına vurduğu ziyana, ölkəmizin Vətən Müharibəsindən yeni çıxmasına baxmayaraq əvvəldən nəzərdə tutulmuş abadlıq-quruculuq işləri və layihələr plana uyğun davam edir. Bunlar dövlətimizin və iqtisadiyyatımızın güclü olmasının nəticəsidir. Bu gün İsmayıllıda çəkilən hər bir yol sabah bizi Şuşaya, Qarabağımıza apararacaq.

Anar
Xəbəri paylaş