Newscenter.az.19.04.2021. Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Cahit Bağçı Bakıya yola düşüb.
“Report” xəbər verir ki, bu barədə diplomat tvitter səhifəsində paylaşım edib.
C.Bağçı qeyd edib ki, yeni vəzifənin icrası üçün Azərbaycana gəlir.
“Allah bütün görəcəyimiz işlərdə düzgün addımlamağı, yolumuzu və işimizi xeyirli, firavan və asan etsin, gücümüzü artırsın və köməyimiz olsun”, - diplomat vurğulayıb.
Cahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda anadan olub. Orta Doğu Texniki Universitetinin Sosiologiya fakültəsini bitirib. Doktorluq işini Böyük Britaniyanın Mançestr Universitetində müdafiə edib. 1988-ci ildə Dövlət Planlaşdırma Təşkilatının Sosial Planlaşdırma İdarəsində işləməyə başlayıb. Türkiyə Böyük Millət Məclisinə XXIII, XXIV və XXV çağırışlarda Çorumdan millət vəkili seçilib. Türkiyə-Avropa İttifaqı parlament komissiyasının üzvüdür.
Türkiyə Prezdenti Rəcəb Tayyib Ərdoğanın aprelin 3-də imzaladığı sərəncamı ilə Azərbaycana səfir təyin olunub.
Evlidir, 3 övladı var.