Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Yaşıl Marafon” layihəsi çərçivəsində Bakıda növbəti ağacəkmə aksiyası keçirilib



Newscenter.az.19.04.2021. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində növbəti ağacəkmə aksiyaları keçirilib.

Newscenter.az xəbər verir ki, İDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Bakının Xocasən qəsəbəsində növbəti dəfə ərazinin torpaq-iqlim şəraitinə uyğun 1000 ədəd müxtəlif cinsli ağac əkilib.

Tərəfdaş təşkilatların könüllüləri və yerli gənclərlə yanaşı aksiyaya Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, BİR tələbə-könüllüləri və ASAN könüllüləri də qoşularaq ağac əkinində iştirak edib.

Mehman
Xəbəri paylaş