Newscenter.az.20.04.2021. "Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri... ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir".
Heydər ƏLİYEV
Ulu öndərin dediyi kimi, həqiqətən də "Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da - bütünlükdə hamısı azərbaycanlıdır". Bu sözlər bu gün də son dərəcə əhəmiyyətlidir və belə bir aydın siyasi həqiqəti aktuallaşdırır: biz, yəni Azərbaycanda yaşayan bütün xalqlar məhz bir yerdə, məhz azərbaycanlı olaraq dünya üçün maraq kəsb edə bilərik.100 illərdir dost, qardaş kimi yaşayırıq, millətinə, məzhəbinə baxmadan qız verib qız alırıq. Bunu heç kim dana bilməz. Azərbaycançılıq bir ideyadı, ideologiyadı və yaxşı bir ideologiyadı. Azərbaycanın milli maraqları ətrafında Ləzgisini, Avarını, Rusunu, Talışını, Kürdünü birləşdirmək üçün bir ideyadı.Bu gün ölkə gündəmində peyda olan və etnik ayırım edən televiziya aparıcısından tutmuş sadə vətəndaşlar, savad kasadlığı ucbatından dərk etmirlər ki, milli azlıqların nümayəndələri hər yerdə, hər bir işdə azərbaycanlılarla çiyin-çiyinədir – həm sevinci, həm də ağrını-acını qardaşcasına bölüşürlər. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsi dövründə onlar Vətən uğrunda azərbaycanlılarla yanaşı erməni işğalçılarına qarşı qəhrəmanlıqla mübarizə aparmış, şəhidlik zirvəsinə yüksəlmiş və qazi olmuşlar.
Haşiyədən kənara cıxaraq öz şəxsi təcrübəmə dayanaraq bildirmək istəyirəm ki, mən Qərb regionda dünyaya gəlib orda boya başa catmağıma baxmayaraq, son illər ərzində demək olarki bütünlüklə dost tərkibim cənublulardan ibarətdir.Mehriban və qonaqpərvər olan Azərbaycanın cənub bölgəsinin insanları çox səmimi , çalışqan , istiqanlı insanlardır...Cənubluların möcüzəsi bizdə onlar kimi edək, onlar kimi olaq anlayışı yaratmasın.Cənubda insanların bir hissəsi milli azlıq olan Talışlardan ibarətdir. Talış sözu ərəbcədən "sadə" , "saf" , "təmiz" deməkdir.Talışlar təmiz əxlaqlı , sakit həyat tərzi surən insanlardır.Bu haqda uzun yazmaq olar, bu özü ayrıca bir mövzudur.
Yazımın sonunda bildirmək istəyirəm ki, bu gün Azərbaycan dünyada azlıq və ya çoxluğun fərqinin hiss edilmədiyi ölkələr sırasında ilk yerlərdən birində qərarlaşmışdır. Bir sözlə, Azərbaycan dövlətinin apardığı milli siyasət göstərir ki, insanlar etnik qruplarından asılı olmayaraq bir-biriləri ilə mehriban yaşaya bilərlər və bu baxımdan ölkəmiz dünyaya nümunədir.....
Biz ayrı-ayrılıqda heç kim üçün maraqlı deyilik! Biz birik, birlikdə Azərbaycanlıyıq, Azərbaycan xalqıyıq!
Aygül Bağırova-Azərbaycan Jurnalistlər Birliyinin üzvü