Newscenter.az.20.04.2021. "44 gün davam edən Vətən müharibəsində Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunları böyük rəşadət və şücaət nümunələri göstəriblər".
Bunu Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisi vəzifəsini icra edən general-mayor Ənvər Əfəndiyev deyib.
O bildirib ki, hərbi liseyin məzunlarından 19 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” (9 nəfər ölümündən sonra) fəxri adına layiq görülüb, 235 nəfər isə orden və medallarla təltif edilib: “Həmçinin Vətən müharibəsinin ilk günündən etibarən hərbi liseydə xidmət keçən 43 nəfər zabit, 12 gizir, 3 nəfər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu döyüş əməliyyatlarında iştirak edib, onlardan mayor Əliyev Asiman Vaqif oğlu şəhid olub, 3 nəfər isə yaralanaraq müxtəlif dərəcəli xəsarətlər alıblar. Hərbi liseyin məzunlarından 114 nəfəri şəhidlik zirvəsinə ucalıb”.