Newscenter.az.21.04.2021. Bunlar sosial şəbəkələrə doluşublar. Ölkə 44 günlük Vətən müharibəsindən alnıaçıq çıxdı. Torpaqlarımız erməni işğalından azad olundu. Ermənilərin bütün cəfəng ideyaları darmadağın oldu.
Bunların əksəriyyətinin bu zəfərə müsbət reaksiyası olmadı. Hərbi Qənimətlər Parkı yaradıldı. Bəli, bu park zəfərimizin əyani sübutudur. Park bunlarda "neohumanizm" elementlərini cücərdti. S. Osmanqızı və qonaqlarının fizionomiyası dəyişdi. Bunun adı Zombilərin - humanizmidir. Azərbaycanın nümayəndə heyəti Avropa Şurasına gedir. Deputatların ziyalıların ölkə üçün etdiyi pozitiv çıxışların birinin bu əqrəblərə aidiyyatı yoxdur. Pusquda durub kiminsə səhv etməsini gözləyirlər. Çıxışları təkrar-təkrar dinləyirlər. Ermənilər onlardan reaksiya gözləyir axı... Ölkə naminə bir müsbət işin adını çəkməzlər. İçlərindəki erməni xisləti bunu qoymaz. Ağsaqqal bir professor var. Mühacir adı ilə ölkədən qaçıb. Ordan qarğışlar edir. Qələbəmizi danır...
Bir hissəsinin xaricdə oxumaq adı ilə beynini yuyublar. Tərcümeyi-halını yazmaq iqtidarında olmayan bir hissəsi evini - eşiyini atıb guya xaricdə mühacir həyatı yaşayır. Sosial şəbəkələrdən insanları iyrəndirirlər. Trol sürüsü yaradıblar. Harvard birinə təhsil vermək istəyib, sonda zombiyə (proqramlaşdırılmış vücud) çevrilib. ..Sorosun beynini yuduqları isə tamam özlərini itiriblər. Postsoros dövrü onları isterik vəziyyətə salıb... Haram olsun Sizə bu ölkənin suyu və çörəyi...
Etibar Əliyev-Milli Məclisin deputatı