Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Şahin Seyidzadə könüllü gənclər üçün mühazirə deyib



Newscenter.az.22.04.2021. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə “Könüllülərin idarəedilməsi: cəlbetmə, motivasiya, inkişaf" mövzusunda növbəti mühazirə həyata keçirilib.

Newscenter.az xəbər verir ki, Akademiyanın dəvəti ilə Milli Məclisin deputatı Şahin Seyidzadə “Azərbaycanın davamlı inklüziv inkişafında könüllülər fəaliyyətinin rolu” istiqaməti üzrə könüllülərə mühazirə oxuyub.

"Mühazirədə iştirak edən bir sıra yerli İcra Hakimiyyəti orqanları əməkdaşları ilə könüllü hərəkatının geniş vüsət alması və bu sahəyə dövlətin xüsusi diqqətindən irəli gələrək, könüllülər və könüllü qrupların inkişaf mərhələsi, istiqamətləri və idarəedilməsi mövzularını əhatə etdik".

NEWSCENTER.AZ
Xəbəri paylaş