Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gəncədə dərin dövlətin izi-Comərd Qəssab türbəsi



Newscenter.az.22.04.2021. Gəncəyə səfər edəndə Gəncə çayının sağ sahilində, “İmamzadə” kompleksinin cənub istiqamətindən 1500 metr aralıda bir məqbərə var. Bu məqbərədə Comərd Qəssab adlı şəxsin qəbri yerləşir. VII əsrin 30-40-cı illərinə aid edilən bu şəxs kim idi ki, əsrlərdir Gəncədə onun qəbri qorunur və saxlanılır. Bəziləri hesab edir ki, bu şəxs qəssab olub, digərləri hesab edir ki, Comərd Qəssab 4-cü xəlifə Əli ibn Əbu Talib ilə görüşüb və İslamı ondan öyrənib, sonra Gəncədə yayıb bu dini.

Əlbətdə, müxtəlif fikirlərin olması normaldır. Bir versiyaya görə Comərd Qəssab Oğuz xaqan tərəfindən e.ə. 209-cu ildə qurulan Türklərin dərin dövləti olan “Günəş və Aslan” Mühafizə Təşkilatının üzvü olub. "Günəş və Aslan" mühafizə təşkilatı İslam dini yayılana qədər türk coğrafiyasında Göytürk, Hun imperiyası, Oğuz dövləti və sairələr qurumuşdur. Ötkəndən üzü İstanbula qədər olan coğrafiyada türk tayfa və birliklərini bir araya toplayıb dövlətçilik ənənələrin yaşatmışlar. İslam yayılana qədər açıq fəaliyyət göstərən bu təşkilat birdən birə gizliliyə çəkilib və 751-ci ildən sonra onlar barədə əfsanələr yaradılıb. Bu təşkilatın Türk coğrafiyasında olan böyük şəhərlərdə nümayəndələri olurdu. Bu nümayəndələrə xas olan xüsusiyyət aşağıdakı kimi idi:

1) Göy Tanrıya inanc
2) Millətə və Vətənə sevgi
3) Törələrə sədaqət

Comərd Qəssab da məhz belə adam idi ki, xalqın yaddaşında igid, ədalətli və törələrə sədaqətli kimi qalıb. Məhz Gəncədə yaşamasına baxmayaraq ətraf ərazilərdə törə qorunub saxlanılıb. İnsanları qoruyan, saf qanlı nəsilləri mühafizə edən, onların övladlarına müəllim edən məhz Comərd Qəssab olubdur. Yerli əhali arasında birlik yaradan, haqq və ədaləti bərpa edən Comərd Qəssab bura hücum edənlərə qarşı savaşa başçılıq etmişdir. Məhz belə savaşların birində də öldürülən Comərd Qəssab törəyə uyğun dəfn edilib

Azərbaycanda sinfi mübarizənin geniş yayılmış formalarından biri, dini-ictimai hərəkat olan sufilik idi. Bu cərəyan xalq kütlələrinin apardığı mübarizəyə dini xarakter verirdi. Azərbaycanda sufiliyin sol cinahı – əxilik – qardaşlıq cərəyanı daha geniş yayılmışdı. Sənətkarların təşkil etdikləri əxilik silahlı mübarizə üsuluna daha çox üstünlük verirdi. Əxilər emalatxana sahiblərinə, ruhanilərə, sələmçilərə, dövlət məmurlarına qarşı mübarizə aparır, ehtiyac içərisində yaşayan şəxslərə köməklik göstərirdilər. Qəribədir ki, 7-ci əsrdə yaşamış bu şəxsin ölümündən 300-500 il sonra, xüsusən Nizami Gəncəvinin dövründə buralarda geniş yayılan "Əxilik" təşkilatlarının üzvləri Comərd Qəssabı özlərinə bir ustad hesab ediblər və onun qəbrinə böyük ehtiram göstəriblər. Elə onun məzarı üstündəki türbəni də 12-ci əsrdə əxilər ucaldıblar. Maraqlıdır ki, səkkizguşəli türbə formasında olan bu məzarın özünün də bir sirri var. Bir fikirə görə də Günəş və Aslanın 8 böyük ərazidə olan gücünün göstəricisidir. Başqa bir fikirə görə 8 guşəli ulduz türklərə aid abidələrdə çox istifadə olunub və Türküstan ulduzu kimi də ifadə edilir. İslam dinində də 8 guşənin və 8 rəqəminin xüsusi önəmi var. Cənnətin 8 qapısı, Tanrı ilə insan arasındakı mizan ölçüsü kimi inanclar mövcuddur. Həmçinin İslamın 8 prinsipi ilə də izah edilir: Mərhəmət, səbir, doğruluq, sirr saxlamaq, sədaqət, təvazökarlıq, comərdlik, şükür etmək. Buna görə də bir çox dövlətlərin bayraqlarında ay və ulduz simvolları mövcuddur. Təsadüfi deyil ki, İslamdan öncə qurulan türk dövlətlərinə aid sikkələrdə də ulduz və aypara təsviri vardır.

Dosent Zaur Əliyev
Xəbəri paylaş