Newscenter.az.23.04.2021. Dövlət İmtahan Mərkəzi bu gün növbəti tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib.
Newscenter.az xəbər verir ki , imtahanlar Bakı şəhərinin Nərimanov, Qaradağ, Xəzər, Yasamal rayonlarında, Abşeron, Ağsu, Balakən, Füzuli, Masallı, Neftçala, Quba, Zərdab rayonlarında və Mingəçevir şəhərində təhsil alan şagirdlər üçün təşkil olunub.
Respublikanın 16 şəhər və rayonunda 17 679 şagirdin iştirakı üçün nəzərdə tutulan imtahan koronavirus pandemiyasının şərtlərinə uyğun aparılıb. Şagirdlər 3 saat müddətində onlara təqdim olunan sualları cavablandırıblar.
Qeyd edək ki, imtahanların təşkil edilməsində ümumilikdə 85 imtahan binası, 1359 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasında 85 ümumi imtahan rəhbəri, 225 imtahan rəhbəri, 1712 nəzarətçi–müəllim, 170 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 85 bina nümayəndəsi iştirak edib.