Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA tərəfindən istehlak üçün yararsız qida məhsulları aşkar edilib



Newscenter.az.23.04.2021. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Newscenter.az-a AQTA-dan bildirilib ki, Agentlik əməkdaşları tərəfindən Lənkəran rayonu, Şürük kəndində yerləşən, Vahabov Səlim Fazil oğluna məxsus “Şürük” marketdə yoxlama keçirilib. Yoxlama zamanı marketdə istifadə müddəti bitmiş kolbasa, yumurta, duz məhsulu aşkar edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Orxan

Xəbəri paylaş