Newscenter.az.23.04.2021. “Azərbaycan Dəmir Yolları” QSC 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar yeni çap olunmuş “Azərbaycan dəmir yolu. Tarixə nəzər” adlı kitabını ali təhsil müəssisələrinə və kitabxanalara hədiyyə edib.
Newscenter.az Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, dəmir yollarının yaranmasının 140 illik yubileyi münasibətilə hazırlanmış bu kitab polad magistralımızın tarixini xronoloji ardıcıllıqla, tam və dolğun şəkildə əks etdirən ilk əsərdir.
Qurumun açıqlamasında ümid edilir ki, oxuculara, eləcə də dəmiryolçu olmaq istəyən tələbələrə təqdim edilən bu kitab Azərbaycan dəmir yollarının dünəni, bu günü və sabahı haqqında ətraflı məlumat verəcək.
Sevinc