Newscenter.az.23.04.2021. 20 aprel 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfər etmiş,rayonda bir sıra sosial obyektlərin açılışında iştirak etmiş,səfər təəssüratları barədə Azərbaycan Televiziyasına müsahibə vermişdir.
Möhtərəm cənab Prezident Hacıqabul rayonunda görülmüş işlərlə yaxından tanış olmuş,bu işlərin gələcəkdə də inkişaf etdirilməsi üçün öz tapşırıq və tövsiyələrini vermişdir.O,ölkəmizdə yeni aqroparkların yaradılmasını vəbu günədək həminaqroparklarda 7 minədək insanin işlə təmin olunmasını qeyd etmişdir.Prezident işğaldan azad olunmuş ərazilərdə də aqroparkların yaradılacağını və bunun üçün müvafiq işlərin görüləcəyini diqqətə çatdırmışdır.
Dövlət başçısı işğaldan azad edilmiş ərazilərdə görüləcək işlər barədə məlumat verərək bildirmişdir ki,hal-hazırda bu ərazilərdə dayanmadan minadan təmizlənmə işləri gedir.Bu işlərdə ən böyük çətinliyin Ermənistanın hələdə minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməməsidir.Məhz bu səbəbdən 100-dən çox mülki vətəndaş yaralanmış və həlak olmuşdur.Bu da düşmənin növbəti hərbi cinayətidir.
Bununla belə həmin ərazilərdə yol infastrukturunun inkişaf etdirilməsini bildirən cənab Prezident ilin sonunadək elektrik təchizatının da başa çatacağı haqda məlumat vermişdir.Layihə əsasında Füzuli-Şuşa yolu,Zəfər yolu magistral yolunun yaxın gələcəkdə Horadiz-Zəngilan avtomobil yolunun təməli qoyularaq,Füzuli-Hadrut,Füzuli-Cəbrayıl,Bərdə-Ağdam,Göygöl-Toğanalı Kəlbəcər avtomobil yollarınin tikintisinə başlanılmış,paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmiryol infrastruktrunun yaradılmaqdadır və bu yol Zəngəzur dəhlizinə gəlib çatacaq və artıq bu cədvəl üzrə işlər aparılır.
Cənab Prezdent bərpa işlərinin mərhələli və planlı şəkildə icra olunduğunu və kəndlərin bərpasının təşkili barədə göstərişlər vermişdir. Azad olunmuş ərazilərimizdə Füzuli beynəlxalq hava limanının,Zəngilan rayonunda yeni hava limanının tikintisinə start veriləcəyini,bundan əlavə üçüncü hava limanının Laçın rayonunda tikiləcəyi barədə məlumat vermişdir.İşğaldan azad olmuş torpaqların ərazizinin 4Lüksemburqa bərabər ərazi olduğunu qeyd edən Ali Baş Komandanımız erməni vəhşiliyinə məruz qalmış həmin ərazləri yenidən qurmalyıq,tikməli olduğumuzu söyləmişdir.
İşğala məruz qalmış ərazilərimizi geri qaytarmaqla Azərbaycan xalqı və onun müzəffər ordusu ərazi bütövlüyümüzü bərpa etmiş,həm də erməni faşizmini məhv etmişdir. “Ermənilərin törətdikləri bütün vəhşiliklərin qarşılığında,bizim planlarımız onları beynəlxalq məhkəmələrə verməkdir”- söyləyən ölkə rəhbərimiz sərvətlərimizi talayan,istismar edən bu barbarların beynəlxalq dərəcədə cəzalandırılacağını diqqətə çatdırmışdır.O bildirmişdir ki,milli maraqlarımızın qorunması üçün dövlətimiz bütün lazimi addımlar atılacaqdır.
Dövlət başçısı çıxışında bildirmişdir ki,biz Zəngəzur dəhlizini icra edəcəyik,Ermənistan bunu istəsədə,istəməsədə,zorla edəcəyik. Bununla da Azərbaycan xalqının101 il bundan əvvəl əlimizdən alınmışZəngəzura qayidacağımıza əmin olduğunu diqqəqtə çatdırmışdır.Eyni zamanda mədəniyyət mərkəzimiz sayılan Şuşa şəhərinə atılmış “İsgəndər-M” raketi ilə bağlı məsələyə toxunmuş,bu məsələ ilə bağlı tam müsbət cavabın verilməməsini,lakin tezliklə aydınlıq gətiriləcəyini və bu yolda Azərbaycanın hər zaman prinsipial mövqedə olduğunu qeyd etmişdir.
Biz əminik ki, Ali Baş Komandanımızın rəhbərliyi,düzgün və uğurlu siyasəti nəticəsində Azərbaycan xalqına qarşı törədilmiş bütün cinayətlər öz hüquqi həllini tapacaqdır.İstər ermənilər,istər onların havadarları heç zaman öz çirkin niyyətlərinə çata bilməyəcəklər. Biz hər birimiz bir əsgər olaraq dövlətçiliyimiz, müstəqilliyimiz yolunda Ali Baş Komandanımızın ətrafındayıq.Biz Prezidentimizə inanırıq və onunla qürur duyuruq.
Yaşasın Azərbaycan xalqı,yaşasın Ali Baş Komandan İlham Əliyev.
Elburus Baxşəliyev
Ucar rayonu Heydər Əliyev adına Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbin direktoru