Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səhiyyə Nazirliyində müavinlərin sayı 5-ə çatdırıldı



Newscenter.az.23.04.2021. Azərbaycanın Səhiyyə Nazirliyinin aparatının işçilərinin sayı artırılıb.

Newscenter.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, Səhiyyə Nazirliyinin aparatının işçilərinin say həddi bir vahid artırılaraq 88 ştat vahidi müəyyən edilib.

Bundan başqa, fərmana əsasən, Səhiyyə Nazirliyində nazirin birinci müavini vəzifəsi təsis edilib. Bununla da səhiyyə nazirinin müavinlərinin sayı 5-ə çatdırılıb.

Qeyd edək ki, hazırda səhiyyə nazirinin müavinləri aşağıdakılardır:

Birinci müavin:

Teymur Yusif oğlu Musayev (nazir vəzifəsini icra edir)

Müavinlər:

Əliyeva Nigar Ramiz qızı
Ağayev Elsevər Məmməd oğlu
Əliyev Rahim Rafail oğlu
Qasımov Viktor Kərimoviç.
Xəbəri paylaş