Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstan Azərbaycana dostdur, ya düşmən?



Newscenter.az.24.04.2021. Müstəqilliyimizi bərpa edəndən sonra illərdir bizə təbliq edirlər ki, Gürcüstan dostumuzdur. Gürcüstan Azərbaycanın dostudur, yanlış təbliğatı iqtidar da, müxalifətin müstəmləkə hissəsi də aparır. Bunun əksini göstərmək üçün ən yeni tarix kifayət edir...

2008-ci il müharibəsində Azərbaycan öz ərazisindən qərb siyasi liderlərə Gürcüstana keçid etməyə icazə verməsi nəticəsində ruslar Tiflisin 20 km-də dayanmağa məcbur oldular. Azərbaycan bunu etməylə böyük risk etdi. Çünki qarşıda nəhəng Rusiya idi. Gürcüstanın ölüm-dirim anında Azərbaycan yanında oldu. Gürcüstan isə Azərbaycana görə zəif Ermənistanı belə qarşısına almadı. Bu azmış kimi AŞPA-nın sessiyasında gürcü heyəti ermənilərin irəli sürdüyü Azərbaycan əsirləri qaytarmalıdır bəyanatına dəstək verib.

Gürcüstan birmənalı şəkildə Azərbaycanın dostu deyil və heç vaxt da olmayıb. Tiflis əmirliyi, Səfəvilir, Əfşarlar, Qacarlar, müasir Gürcüstan Azərbaycan türklərinin tarix boyu qurduğu imperiyaların ərazisi olub. Son 250 ilə qədər Cənubi Qafqazda bir xalqın dövləti olub, o xalq da azərbaycanlılardır (türklü, talışlı, tatlı, ləzgili, kürdlü, avarlı və s). Cümhuriyyət dövründə Azərbaycanın Qara dənizə çıxmaq iddiası olub. Bu iddiaya Azərbaycan yenidən qayıtmalıdır. Çünki Xəzər dənizi qapalı bir göldür. Böyük dövlət olmaq istəyiriksə hökmən dünya okeanlarına birbaşa çıxışımız olmalıdır.

5-6 milyonluq Gürcüstanda təmiz gürcü 1-1,5 milyondur. Türk isə 1 milyondur. Gürcüstanda müsəlmanların sayı isə (türk, acar, çeçen-kistin) 2 milyonu keçir. Abxaziya da Gürcüstanın tarixi ərazisi deyil. Orta əsrlərdə müstəqil, sonra isə yarım-müstəqil abxaz çarlığı olub. Borçalını Lenin, Cənubi Osetiyanı Gürcüstana Stalin birləşdirib. Azərbaycan Qarabağ problemini tam həll edəndən sonra Abxaziya və Cənubi Osetiya siyasətinə yenidən baxmalıdır.

Balaca Cənubi Qafqaz üçün 3 ölkə çoxdur. 250 il bundan əvvəlki tarixi ədaləti güclə də olsa qaytarmaq lazımdır. Cənubi Qafqaz üçün paytaxtı Bakıda vahid Türk-İslam dövləti qurulmalıdır. Şimali Qafqaz da, Türk-İslam dövlətinə inteqrə olmalıdır. Gürcülər, ermənilər kimi Qafqazın azsaylı xristian xalqlarına da vahid Türk - İslam dövlətində mədəni muxtariyyət statusu verilə bilər.

Müasir Azərbaycan Konstitusiyasında ideoloji yöntəmdə dəyişikliklər və əlavələr etməlidir və bu yeniliklər də siyasi - hərbi doktrinamızın əsas hədəflərindən biri Qara dənizə çıxış olmalıdır.

Əhəd Məmmədli-AĞ Partiyanın sədr müavini
Xəbəri paylaş