Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabah hava yağmursuz olacaq



Newscenter.az.24.04.2021. Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə aprelin 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Newscenter.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-13 dərəcə, gündüz 19-23 dərəcə isti, Bakıda gecə 11-13 dərəcə, gündüz 21-23 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75 , gündüz 45-50 faiz olacaq.

Aprelin 25-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16 dərəcə isti, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Aprelin 25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Xəbəri paylaş